Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bələdiyyə seçkisində "exit-poll" keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bələdiyyə seçkisində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti gələn həftə başa çatır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, "exit-poll" keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-da keçiriləcək.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb