Böyük Britaniyanın Azərbaycanda səfərdə olan Silahlı Qüvvələr naziri Ceyms Heppi Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp sosial media hesabında yazıb.
Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.
🇬🇧 Silahlı Qüvvələr Naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər. pic.twitter.com/4QSDD7XlcV
— James Sharp (@JamesSharpFCDO) March 30, 2022