"Xəbərin təsir gücünün artdığı bir dönəmdə bərabər çalışmaq mühüm əhəmiyyət daşıyır. Ədalətlə çalışan və standartları yüksək olan bir media sistemi bizim üçün vaz keçilməzdir. Təbii fəlakət və fövqəladə hallar jurnalistikası təhlükəsizlik üçün çox vacibdir. Çünki müasir mediada sürətin hakim olduğu bir dövrdəyik".
Oxu.Az-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "Fəlakət Jurnalistikası: "Xəbərin fəlakətə çevrilməsinin qarşısını almaq" adlı beynəlxalq təlim panelində deyib.
Onun sözlərinə görə, gerçək məlumatla yanlış xəbərin hansı olub-olmadığının ayıra bilmədiyimiz bir dönəmdəyik:
"Xüsusən də süni intellektdən sonra bu problem daha da artıb. Ona görə də fövqəladə hallarda jurnalistlər qədər cəmiyyət də böyük öhdəlik daşıyır. Çünki əlində ağıllı telefon olan hər kəs bir anda məlumat yayıcı olur. Xüsusən də bu, təbii fəlakət və fövqəladə hallarda özünü daha çox göstərməyə başlayır".
Mərahim Nəsib