Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.
"Report" xəbər verir ki, köçürülən ailələr işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşacaqlar.
İlk mərhələdə Laçın şəhərinə daha 36 ailə - 117 nəfər köçürülüb.
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Cəbrayıl şəhərinə çatıb.
"Report" xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Cəbrayıla ilk köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb.
Oxu.Az xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülür.
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb.🇦🇿🇦🇿🇦🇿 Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb. #Böyükqayıdış #Cəbrayıl
Posted by Oxu.az on Wednesday, September 25, 2024
Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova