"Avropa İttifaqı Azərbaycanın Ermənistanla bağlı mövqeyini yaxşı bilir. Çünki bu mövqe yeni deyil, iki ildən çoxdur ki, masa üzərindədir".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, bunlardan biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması, digəri isə heç bir funksiyası qalmayan ATƏT-in Minsk qrupunun ləğvidir:
"Bu istiqamətdə Ermənistandan əməli addımlar gözlənilir. Lakin Ermənistanda hələ də revanşist qrupların olması narahatlıq doğurur və silahlanması təhdidedici hal kimi hələ də qalmaqdadır. İki gün əvvəl Ermənistanda kütləvi yürüş zamanı Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu və tamamilə qəbuledilməz çağırışlar, Azərbaycan və Türkiyə bayraqlarının yandırılması da buna sübutdur. Təəssüf ki, bunun eynisi dünən Fransanın paytaxtında da baş verib. Hər iki ölkə rəhbərliyindən gözləntimiz odur ki, digər ölkəyə qarşı qəbuledilməz və təhqir sayılan bu addıma görə ciddi və hüquqi addımlar atsınlar".
Mərahim Nəsib