Noyabrın 15-də Ağdam rayonuna yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə köçürülən 219 nəfərdən ibarət 50 ailəyə artıq mənzillərin açarları da təqdim edilib.
Bu münasibətlə təşkil olunmuş mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan köç karvanı çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 30 ailə - 143 nəfər köçürülüb.
Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.
Daha çox foto burada: PhotoStock.az
Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Məmmədbəyli və Xıdırlıya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Rövşən Əsədov