Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim edilib
Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
İyunun 18-də Bakının Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb
- Keçmiş məcburi köçkün: "Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram"
- Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
- Əhmədbəyli-Füzuli-Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görülüb
- İlham Əliyev: "Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır"