Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya müqavilə əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay azaldılacaq.
Oxu.Az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Mərahim Nəsib