Azərbaycan Ordusu daha bir əsgərini itirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub.
Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Qeydə edək ki, T.Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.