Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası müavinə tapşırılıb - SƏRƏNCAM](https://images.oxu.az/2024/02/16/15/15/06/97956c62-a746-470b-b486-9f1d75f9d127/FotoJet (64):1200.jpg)
Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası müavinə tapşırılıb - SƏRƏNCAM
Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.
Dövlət başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Sərəncamında F.Məmmədovun adı yoxdur.
"Fikrət Məmmədov" teqi üzrə xəbərlər
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - DOSYE
- Sabiq nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
- Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub