Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident İlham Əliyev Azərbaycan hökumətinin tərkibini təsdiqlədi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
President.az-ın xəbərinə görə, hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:
- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;
- Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;
- Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev;
- Azərbaycan Respublikasının daxili işlər naziri - Vilayət Süleyman oğlu Eyvazov;
- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;
- Azərbaycan Respublikasının elm və təhsil naziri - Emin Eldar oğlu Əmrullayev;
- Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;
- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;
- Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;
- Azərbaycan Respublikasının gənclər və idman naziri - Fərid Fazil oğlu Qayıbov;
- Azərbaycan Respublikasının xarici işlər naziri - Ceyhun Əziz oğlu Bayramov;
- Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Mikayıl Çingiz oğlu Cabbarov;
- Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Məcnun Qadir oğlu Məmmədov;
- Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;
- Azərbaycan Respublikasının mədəniyyət naziri - Adil Qabil oğlu Kərimli;
- Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;
- Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Vüqar Valeh oğlu Mustafayev;
- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbi oğlu Nəbiyev;
- Azərbaycan Respublikasının səhiyyə naziri - Teymur Yusif oğlu Musayev;
- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Bahar Əvəz qızı Muradova;
- Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri - Şahin Soltan oğlu Bağırov;
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri - Tahir Yaqub oğlu Budaqov;
- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Anar Adil oğlu Quliyev;
- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov;
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağı oğlu Nağıyev;
- Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sedyar oğlu Sultanov;
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Mürsəl Qorxmaz oğlu İbrahimov;
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri - Zaur Rauf oğlu Mikayılov;
- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar İlahi oğlu Təhməzli;
- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi - Əsgər Adil oğlu Rəsulov.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb