Bu bəyanatların məqsədi bu və ya digər dövlətlərin qarşıdan gələn seçkilərə maksimal dərəcədə yaxşı münasibətini təmin etməkdir. Bakının Aİİ-yə tərəf real dönüşündən isə danışmaq hələ tezdir.
Oxu.Az xəbər verir ki, bu barədə EADaily-yə verdiyi müsahibəsində Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov bildirib.
Onun fikrincə, Azərbaycan Aİİ-nin əksər üzvləri ilə sıx iqtisadi əlaqələri olan dövlətdir. Amma Aİİ-də bütün qərarlar Konsensum yolu ilə həll edilir.
“Daxil olmaq prosedurunun başlanması üçün Aİİ-nin bütün üzv dövlətlərinin razılığı alınmalıdır. Azərbaycan ilə münasibətləri düzəlməyənə qədər Ermənistandan belə bir razılığın alınmasına ümid etmək real deyil. Ona görə də yaxın perspektivdə Azərbaycanın Aİİ-yə daxil olmasına dair bütün bəyanatlar, həyata keçirilmə şansı olmadan deklarativ xarakter daşıyacaq”, - ekspert deyib.
A.Krılov həmçinin bəyan edib ki, Azərbaycanın Aİİ-yə daxil olması yalnız iki - Ermənistan Azərbaycanın Aİİ-yə daxil olmasına razılıq verdiyi və ya Ermənistan hər hansı bir səbəb ilə bu inteqrasiya birliyinin tərkibindən çıxdığı halda mümkündür.
“Aydındır ki, hər iki hal nəzəri olaraq mümkündür, ən azından yaxın tarixi gələcəkdə”.