Ermənilər Dağlıq Qarabağda yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Çünki Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Armenia Today” yaydığı məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının üzvü Eduard Şarmazanov deyib.
Ermənistan-Türkiyə münasibətlərinə toxunan E.Şarmazanov qeyd edib ki, bu məsələdə qəbuledilməz məqamlar var:
“Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir”.