Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirir
Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən həftənin yekunlarını və yaxın gələcək üçün planlarını təqdim etmək məqsədi ilə tərəfdarlarını İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsinə toplayıb.
Müxalifətin mitinqi yerli xəbər portalları tərəfindən yayımlanıb.
O, tərəfdarlarını bazar ertəsi saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşaraq Ermənistan İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb.
Xatırladaq ki, mayın 31-i polis Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında 28 aksiya iştirakçısını saxlayıb, onlardan 27-si hələ də buraxılmayıb.
Mənbə: Ermənistan KİV