Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarına Azərbaycanda baş verə biləcək mümkün terror aktları ilə əlaqədar bu ölkəyə səfər etməməyi tövsiyyə edir.
Oxu.Az xəbər verir ki, xarici siyasət idarəsi Azərbaycanda hava əlaqəsindən istifadənin də təhlükəli ola biləcəyini qeyd edir, “MK-Estoniya” onlayn-qəzeti yazır.
XİN ilk növbədə Dağlıq Qarabağa getməkdən çəkinməyə çağırır, çünki Azərbaycan və Ermənistanın sərhədində atışmalar mümkündür.
Azərbaycanda nə Estoniyanın səfirliyi, nə də fəxri konsulluğu var. Konsul yardımının alınması üçün Latviyanın Bakıdakı səfirliyinə və ya Avropa İttifaqı ölkələrindən birinin nümayəndəliyinə müraciət etmək lazımdır.
Elvin Əhmədov
www.oxu.az