"Qərbi Azərbaycan ideyası Vətən müharibəsindən sonra bizim strateji hədəfimizdir. Prezident İlham Əliyev dekabrın 24-də icmada olarkən bu hədəfi elan etdi, qayıdışın detallarını bizim üçün açıqladı. Amma bu ideyanın əsas şərtlərindən biri də gənclərə onu necə aşılayacağımızdan asılıdır".
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli icmanın Ağsaqqallar Şurasının üzvlərinin gənclərlə görüşündə deyib.
O bildirib ki, belə tədbirlərin sayı artacaq:
"Çalışacağıq ki, bu ideyanın reallaşması gənclərə qalmasın. Amma gənclərin də bu ideyanı mənimsəməsi mühüm əhəmiyyət daşıyır".
Mərahim Nəsib