ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 27-28 fevral tarixlərində Vyetnamım Dananq şəhərində görüş keçirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "South China Mourning Post" qəzeti xəbər verir.
Bildirilir ki, D.Tramp bu həftə Çin nümayəndə heyəti Vaşinqtonda səfərdə olan zaman çinli həmkarı ilə görüşmək niyyətində olduğunu bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o ticarət sazişini yekunlaşdırmaq üçün Si Cinpinpin ilə bir və ya iki görüş keçirmək istəyir.