Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gələcək Azərbaycan Partiyası: "Seçki demokratik mühitdə keçirilib"
"Seçki demokratik mühitdə keçirilib".
"Report" xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının növbədənkənar seçkilərlə bağlı bəyanatında deyilir.
"Hesab edirik ki, 1 sentyabr növbədənkənar parlament seçkisində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılıb, onların seçiminə təsir göstərilməyib. Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatları və beynəlxalq müşahidəçilərin verdikləri rəyləri nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərinin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyi bəyan edirik", - bəyanatda bildirilib.