Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayıl rayon təşkilatında Qarabağ döyüşçüsü İbad Hüsüynovla görüş olub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, dövlət səviyyəsində hələki Milli Qəhrəman statusu almasa da döyüçü xalq arasında Milli Qəhrəman kimi tanınır.
Qarabağ müharibəsi iştirakçıları və İbad Hüseynovun cəbhə dostlarının qəhrəman haqqında danışdıqları döyüş xatirələri mətbuatda və eləcə də xalq arasında geniş yayılıb.
Birliyin sədri Fizuli Rzaquliyev və digər Qarabağ müharibəsi veteranları görüşdə İbad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti bir daha nəzərə alınması və qiymətləndirilməsi istiqamətində təbliğata ehtiyac olduğunu vurğulayıblar.
Tədbirdə iştirak edən veteranlar və eləcə də şəhid ailələri İbad Hüseynova Milli Qəhrəman adının dövlət səviyyəsində rəsmən təqdim edilməsinin tərəfdarı olduqlarını deyiblər.
Xatırladaq ki, İbad Hüseynov 12 iyun 1993-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində azərbaycanlı beynəlxalq erməni terrorçusu, azərbaycanlıların qatili Monte (Avo) Melkonyanı məhv edərək onun başını kəsib.