Azərbaycanın şəhər və rayonlarında sərbəst toplaşmaq üçün müəyyən olunmuş yerlərin siyahısı açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq şəhər və rayon mərkəzlərində müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı bu gün “Azərbaycan” qəzetində dərc edilib.
Rayonlardan ikisi - Ağdam və Füzuli cəbhə xəttinə yaxın olduğu üçün bu rayonlarda açıq yer nəzərdə tutulmayıb.
Bakı şəhərində görüşlərin və tədbirlərin keçirilməsi üçün ümumilikdə 24 yer, digər şəhər və rayonlarda 1 yer ayrılıb. Siyahıda Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları yoxdur.
| S/N | Şəhər, rayon | Şəhər və rayon mərkəzlərində müəyyən edilmiş yerlərin adı | |
| açıq | qapalı | ||
| | Binəqədi | Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə Sulutəpə yaşayış məntəqəsi, 4-cü Mədən yolu | Binəqədi qəsəbəsi, İdman kompleksinin örtülü zalı 2-ci Mədən küçəsi 93 |
| | Xətai | Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança Zığ yolu küçəsi 18 | Əhmədli qəsəbəsi, “Bakı” kinoteatrı Sarayevo küçəsi 20 |
| | Xəzər | Türkan qəsəbə parkının yanındakı meydan Türkan qəsəbəsi, Xanlar küçəsi | Mərdəkan qəsəbəsi, Nizami adına mədəniyyət evi Yesenin küçəsi 44 |
| | Qaradağ | Sahil qəsəbəsi tamponaj idarəsinin qarşısındakı boş meydança Sahil qəsəbəsi, Balıqçılar küçəsi | Sahil qəsəbəsi, tamponaj idarəsinin akt zalı Balıqçılar küçəsi |
| | Nərimanov | “Ulduz” metro stansiyasının qarşısındakı meydan Araz küçəsi 4 | Əhalinin mədəni kütləvi tədbirlər evi Həsənoğlu küçəsi 2 |
| | Nizami | 8 Km. yaşayış sahəsi ərazisindəki idman meydançası 2386-cı məhəllə | Keşlə qəsəbəsi, Əhalinin mədəni kütləvi tədbirlər evi Sabir küçəsi 1 |
| | Nəsimi | 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança Asif Məhərrəmov küçəsi, 27 A | “Sənayeavtomatika” İB-in klubu G.Səfərəliyeva küçəsi 22 |
| | Sabunçu | Bakıxanov qəsəbəsində yerləşən “Azneftgeofizika” Trestinin qarşısındakı idman meydançası Yavər Əliyev küçəsi | Sabunçu qəsəbəsi, “Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin akt zalı Ə.Məmmədəliyev küçəsi 2 |
| | Səbail | 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança Elçin Əzizov küçəsi
| Bibiheybət qəsəbəsi, Mədəniyyət evi Məktəb küçəsi 5 |
| | Suraxanı | Hövsan qəsəbəsi, Mədəniyyət evinin qarşısındakı meydança C.Xanməmmədov küçəsi 19 b | Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət Sarayı K.İsmayılov küçəsi 18 |
| | Yasamal | Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionu M.Seyidov küçəsi, 3155-ci məhəllə | Əhalinin mədəni kütləvi tədbirlər evi A.M.Şərifzadə küçəsi 108 |
| | Pirallahı | Pirallahı qəsəbəsi ərazisindəki boş meydança S.Vurğun küçəsi 56 | Pirallahı qəsəbəsi, İdman kompleksinin örtülü zalı S.Vurğun küçəsi 54 |
| | Gəncə | “Spartak” stadionu | C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı |
| | Sumqayıt | “İnşaatçılar” stadionu | “Nizami” kinoteatrı |
| | Yevlax | C.Mustafayev küçəsində yerləşən idman meydançası | Dəmiryolçular klubu |
| | Şirvan | “Sərvət” şadlıq evinin arxasındakı ərazi | Şirvan şəhər Mədəniyyət evi |
| | Naftalan | “Ay-ulduz” şadlıq sarayının yanındakı ərazi | Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi |
| | Mingəçevir | Mingəçevir şəhər sürücülük məktəbinin təlim sahəsi | Naxçıvan küçəsi 10/44 ünvanında yerləşən Mədəniyyət evi |
| | Şəki | 7 saylı Şəki “Avtonəqliyyat” ASC-nin həyəti | “Şəki-Tütün” ASC-yə məxsus inzibati binanın iclas zalı |
| | Lənkəran | Olimpiya İdman Kompleksinin qarşısındakı ərazi | Yuxarı Xanbulan Hidroqovşağı İstismar İdarəsinin inzibati binasının iclas zalı |
| | Abşeron | Meşə idarəsinin yaxınlığındakı ərazi | Xırdalan şəhər “Quşçuluq” yaşayış massivindəki mərasim evi |
| | Ağcabədi | Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin həyəti | Qarabağ Muğam Mərkəzi |
| | Ağdam* |
| Quzanlı qəsəbə Musiqi kolleci |
| | Ağdaş | Dövlət Humanitar Kollecinin idman meydançası | Kooperatorlar Cəmiyyətinin iclas zalı |
| | Ağstafa | Ağstafa şəhər stadionu | Ağstafa Elektrik Şəbəkəsinin iclas zalı |
| | Ağsu | “Ağsu Avtonəqliyyat” ASC-nin həyəti | Ağsu “Aqrotexservis” ASC-nin klubu |
| | Astara | Astara şəhər Kələdəhnə Mədəniyyət evinin qarşısındakı meydan | Astara şəhər Kələdəhnə Mədəniyyət evi |
| | Balakən | Barama Toxumu Zavodunun həyəti | Qullar kənd Mədəniyyət evi |
| | Beyləqan | Beyləqan “Pambıq ASC”-nin pambıq qəbulu məntəqəsinin həyəti | Suvarma sistemləri idarəsinin akt zalı
|
| | Bərdə | “Etalon” MMC-nin qarşısındakı ərazi | “CTS Aqro” MMC Bərdə Pambıq İstehsalı və Emalı Zavodunun iclas zalı |
| | Biləsuvar | Biləsuvar Rayon Cənub Muğan Kanal İstismar İdarəsinin həyəti | Cənub Muğan Kanal İstismar İdarəsinin iclas zalı |
| | Cəlilabad | “Aqrotexservis” ASC-nin həyəti | “Aqrotexservis” ASC-nin iclas zalı |
| | Daşkəsən | Bayraq meydanının yaxınlığındakı ərazi | Daşkəsən şəhər mərasim evi |
| | Füzuli |
| Horadiz şəhər Mədəniyyət evi |
| | Gədəbəy | Gədəbəy sürücülük məktəbinin təlim sahəsi | Gədəbəy şəhər klubu |
| | Goranboy | Yağlı boya zavodunun yaxınlığındakı ərazi | Goranboy şəhər klubu |
| | Göygöl | 5 saylı tam orta məktəbin yaxınlığındakı ərazi | Göygöl şəhər Mədəniyyət evi |
| | Göyçay | Göyçay şəhər stadionu | “Şirvansutikinti” Törəmə Müəssisəsinin iclas zalı |
| | Hacıqabul | Bayraq meydanının cənub hissəsindəki boş sahə | H.Həmidov küçəsindəki mərasim evi |
| | Xaçmaz | Xaçmaz şəhər idman meydançası | Xaçmaz şəhər Mədəniyyət evi |
| | Xızı | Xızı şəhərinin girəcəyindəki boş ərazi | Cəfər Cabbarlı adına Mədəniyyət evi |
| | İmişli | M.Əzizbəyov küçəsindəki boş ərazi | İmişli şəhər Mədəniyyət evi |
| | İsmayıllı | Qaz istismar sahəsinin yanındakı ərazi | Statistika idarəsinin iclas zalı |
| | Kürdəmir | Kürdəmir şəhər stadionu | Xırdapay kənd Mədəniyyət evi |
| | Qax | Şəhər idman meydançası | “Qax taxıl” ASC-nin iclas zalı |
| | Qazax | Qazax şəhər stadionu | Qazax bələdiyyəsinin iclas zalı |
| | Qəbələ | Turizm və hotelçilik üzrə peşə məktəbinin həyəti | Suvarma sistemləri idarəsinin iclas zalı |
| | Qobustan | Şəhərin “Son“ adlanan hissəsində, asfalt zavoduna gedən yolun sağ tərəfindəki sahə | “Aqrotexservis” MMC-yə məxsus binanın iclas zalı |
| | Quba | Yusif Qasımov küçəsindəki boş ərazi | Nizami adına kinoteatr |
| | Qusar | Qusar-Köhnə Xudat avtomobil yolunun kənarında yerləşən "Şəfəq" futbol meydançası | Qusar şəhər İncəsənət məktəbi |
| | Lerik | Lerik şəhər Gənclik stadionu | Lerik şəhər Mədəniyyət evi |
| | Masallı | Masallı Rayon İstehsal-istehlak Kooperativinin həyəti | Masallı Rayon İstehsal-istehlak Kooperativinin iclas zalı |
| | Neftçala | Neftçala şəhər stadionu | Neftçala şəhər Mədəniyyət evi |
| | Oğuz | Oğuz şəhərinin girəcəyindəki boş ərazi | Oğuz şəhər musiqi məktəbi |
| | Saatlı | Saatlı şəhəri H.Əliyev prospekti -178 “İstirahət parkı”nın yanındakı meydan | 17 nömrəli Tikinti-Quraşdırma İdarəsinə məxsus binanın iclas zalı |
| | Sabirabad | Sabirabad şəhər stadionu | Sabirabad Peşə Liseyinin iclas zalı |
| | Salyan | Sərnişindaşıma nəqliyyat müəssisəsinin ərazisi | Babazanan mərasim evi |
| | Samux | Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yaxınlığındakı ərazi | Samux şəhər Mədəniyyət evi |
| | Siyəzən | Siyəzən şəhər idman meydançası | Siyəzən şəhər Mədəniyyət evi |
| | Şabran | Şabran şəhər idman meydançası | Su-kanal idarəsinin iclas zalı |
| | Şamaxı | Şamaxı Rayon Suvarma Sistemləri İdarəsinin həyəti | Təhsil İşçilərinin Həmkarlar İttifaqının iclas zalı |
| | Şəmkir | V.Xuluflu adına Şəmkir şəhər Mədəniyyət evinin qarşısındakı meydan | Şəmkir şəhər klubu
|
| | Tərtər | Bayraq meydanının yaxınlığındakı ərazi | Gənclər Mərkəzi |
| | Tovuz | Tovuz şəhər stadionunun yanındakı ərazi | Tovuz Konserv Zavodunun klubu |
| | Ucar | Ucar şəhər stadionu | Ucar bələdiyyəsinin iclas zalı |
| | Yardımlı | Xətai küçəsindəki fəaliyyət göstərməyən ticarət mərkəzinin ərazisi | Nizami adına klub |
| | Zaqatala | Şəhərin Qazangül adlanan ərazisindəki futbol meydançası | Rayon Kooperativlər Cəmiyyətinin iclas zalı |
| | Zərdab | Zərdab şəhər stadionu | Zərdab şəhər Mədəniyyət evi |