Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçına səfərləri çərçivəsində Kəlbəcər şəhərində də olublar.
Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.
İlham Əliyev bildirib ki, şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb.
Prezident şəhərə girərkən dağıdılmış binaları, tikililəri göstərərək bunların hamısının ermənilərin əməlləri olduğunu qeyd edib.
O vurğulayıb ki, ermənilər şəhərdəki yaşayış evlərini, müxtəlif təyinatlı binaları, obyektləri yerlə yeksan ediblər.
“Bəzi binalarda ermənilər qanunsuz yaşayıb. Burdan çıxanda isə həmin binaları da yandırıblar” – deyə, İlham Əliyev qeyd edib.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb.
Paylaşımı təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в InstagramBu gönderiyi Instagram'da görBu gönderiyi Instagram'da gör
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi
- İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Foto/Video
- Slovakiyanın baş prokuroru Azərbaycanda səfərdədir - Foto
- LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı
- Avropa Parlamentinin hesabatları: Reallıqdan uzaq çağırışlar və ifşa olunan riyakarlıq - Foto
Digər xəbərlər