Oktyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Oxu.Az xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yolun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı hissəsi 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.