Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş Türkiyə prezidentinin İstanbuldakı Tarabya sarayında keçirilib.
Qeyd edək ki, bu gün prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
A.S.
www.oxu.az