Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Akkuyu” AES-in tikintisi məsələsini müzakirə ediblər.
Oxu.Az bu barədə APA-ya istinadən xəbər verir.
Görüş İstanbulda, Ümumdünya Enerji Konqresi çərçivəsində baş tutub. Sabah “Rosatom”un nümayəndə heyətinin Konqresin işinə qatılacağı bildirilir.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında Mersində ilk AES-in tikilməsi ilə bağlı saziş 2010-cu ildə imzalanıb.
A.S.
www.oxu.az