"Biz Ermənistanın baş naziri Nikol Paşinyanı və Vətəndaş Sazişi Partiyasını ölkədə keçirilən parlament seçkisində qazandıqları qələbə münasibətilə təbrik edirik".
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" platformasında paylaşım edib.
Nazir bildirib ki, Nikol Paşinyan ölkəsini sülh yoluna istiqamətləndirib və Azərbaycanla barışığa aparan prosesə töhfə verib.
"Bu, regional sabitliyin və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək", - deyə Gideon Saar vurğulayıb.