İtaliyanın xarici işlər naziri Paolo Centiloninin Azərbaycana rəsmi səfərinin tarixi məlum olub.
Oxu.Az xəbər verir ki, diplomatik mənbələrdən Report-a verilən məlumata görə, italiyalı nazir Bakıya noyabrın 7-9 tarixlərində səfər edəcək.
Səfər zamanı P.Centiloni azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək, ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
N.O.