"Cari il mayın 13-dən etibarən bizim regionda yaşananlardan hər kəsin xəbəri var. Polis tərəfindən kanaklara qarşı şiddət və qısnama qəbuledilməzdir. Çünki burada irqçi polislərdən söhbət gedir".
Oxu.Az xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Parlamentinin üzvü İzabelli Kaoli Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin Bakıda Birinci Qurultayında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Fransa hökuməti həmin polislərlə bərabər hərəkət edir:
"Burada, əsasən, gənc kanaklar hədəfə alınırlar. Bu, son dövrlərin gərginliyindən yox, illərlə yığılıb qalan hadisələrin təsirindən irəli gəlir. May ayından yaşanan bu vəziyyətin yaranma səbəbi Fransanın bizim səsvermə hüququmuzun dondurulması ilə bağlı konstitusiya dəyişikliyidir. Biz buna etiraz etsək də, Fransa dövləti bizi dinləmək istəmədi. Nəticədə Fransa parlamentinin hər iki palatasında bu layihə dəstəkləndi".
"İnsanların seçiminə toxunmaq, onun hüquqlarını məhdudlaşdırmaq kanak xalqının mövcudluğuna qarşı atılan addımdır. Fransa parlamentinin 153 deputatı o zaman bu layihənin əleyhinə səs vermişdi", - xanım Kaoli əlavə edib.
Aqil Vəlili