Enerji ehtiyatları marşrutlarını şaxələndirən “Cənub qaz dəhlizi” layihəsi Avropanın strateji maraqları üçün çox əhəmiyyətlidir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə günü Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
““Cənub qaz dəhlizi” Avropanın uzun müddətli strateji maraqlarının həyata keçirilməsi baxımından çox mühüm addımdır. O həm də, enerji ehtiyatlarının tədarük marşrutlarının şaxələndirilməsi baxımından vacibdir”, - Kerri bildirib.