"Emmanuel Makronun prezidentliyi məğlubiyyətlərlə doludur. Bu dəfə fransızlar Parisin mərkəzindən cəmi 15 km uzaqlıqda - Bujivalda təslim oldular. Burada Yeni Kaledoniya adlı dövlətin yaradılması haqqında saziş imzalandı".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Vzqlyad" nəşri yazır.
Məqalədə bildirilir ki, Makronun dövründə fransızlar Malidən, Mərkəzi Afrika Respublikasından, Burkina-Fasodan, Nigerdən, Çaddan qovuldular. Yeni Kaledoniyada isə Fransa Azərbaycana məğlub oldu.
Materialda qeyd edilir ki, Rusiyanın Avropa İttifaqı ölkələri, o cümlədən Fransa ilə uzunmüddətli qarşıdurmasına baxmayaraq, Makronun nüfuzunu sarsıdan, eləcə də ona siyasi zərbə vuran Kreml yox, məhz Bakı oldu. Azərbaycan fransız neokolonializmi üzərində parlaq qələbə qazandı.
Vurğulanır ki, Fransa Qarabağın işğalı dövründə, ikinci Qarabağ müharibəsi zamanı və ərazilərin azad edilməsindən sonra Ermənistana göstərdiyi dəstəyin cəzasını çəkir.