Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Pəncəli Teymurov və Vaqif Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edildi. Prezident İlham Əliyev sərəncamlar imzaladı.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sabah Bakıya səfər edəcək. 3 qardaş ölkə liderinin iştirakı ilə paytaxtda hərbi parad keçiriləcək.
Kremldə vəziyyət kəskin dəyişdi. Putin Lavrovu komandasından uzaqlaşdırır? Rusiya mətbuatından sensasiyalı açıqlama.
Tehranın su ilə imtahanı. İran prezidenti Məsud Pezeşkian şəhərin təcili təxliyə olunacağı ilə bağlı xəbərdarlıq etdi.
Polis bloqerlərə qarşı əməliyyat keçirdi. 17 nəfər tutuldu. Daxili İşlər Nazirliyi təfərrüat açıqladı.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: