Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Leyla Əliyeva Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb
- Leyla Əliyeva Nepaldan paylaşım edib