Bakı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qarabağ münaqişəsi üzrə Moskvada keçiriləcək görüşündə iştirak etməyə hazır olduğunu bildirib. Görüşün keçiriləcəyi dəqiq tarix barədə təklif hələlik yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.
“İdeya mən Moskvada olarkən səsləndirilib. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən isə buyurun, hazıram dedim”, - Məmmədyarov bəyan edib.
Onun sözlərinə görə, görüşün keçiriləcəyi vaxt müzakirə edilməyib.
“Bu cədvəllərin uzlaşdırılmasını tələb edəcək. Hələlik görüşün dəqiq tarixinə dair təkliflər gəlməyib, amma bizim prinsipal razılığımız var”, - XİN rəhbəri bildirib.
N.O.
www.oxu.az