27 yaşlı amerikalı səyyah dünya rekorduna imza atıb.
Oxu.Az Seyyah.az-a istinadla xəbər verir ki, Cassandra De Pecol bütün dünyanı qısa müddətə gəzib.
O, səfərinə 2015-ci ilin iyulunda başlayıb. 18 ay 26 gün ərzində 196 ölkəni gəzib. Bununla səyyah iki dünya rekorduna imza atıb. O, ilk qadındır ki, belə qısa müddətdə bütün dünyanı gəzə bilib.
Cassandra səfəri zamanı 200 min dollar xərcləyib. Bundan öncəki rekordsmen Yili Liu olub. Amerikalı professor dünya gəzintisinə 3 il 3 ay 6 gün vaxt sərf edib. Cassandra səfəri zamanı baş çəkdiyi sonuncu məkan Yəmən olub. Orta hesabla 2-5 gün sərf edib.
Amma o heç də bütün səfər etdikləri ölkələrdə xoş qarşılanmayıb. Peruda xanım səyyahlı hücum olub. Bəhreyn və Liviyada isə onu kəşfiyyatçı olduğunu düşünüblər. Qrenada da isə onun narkobizneslə məşğul olduğunu düşünüblər. Amma xoşbəxtlikdən səyyah bütün təhlükələrdən can qurtara bilib.
A.S.www.oxu.az