ABŞ səfirliyi rəsmi saytında və Twitter səhifəsində Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibəsinə görə Azərbaycan Respublikasının XİN-ə çağırılması barədə yerli KİV-nin yaydığı informasiyanı təkzib edib.
Oxu.Az xəbər verir ki, ABŞ səfirliyi aşağıdakı mətni dərc edib:
“Bir sıra Azərbaycan KİV-in səfir Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması barədə iddiası tamamən əsassızdır”.
