Müğənni Rəqsanə İsmayılova Türkiyədə növbəti klipinin çəkilişlərinə başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət öncə “Biskolata” reklamı ilə məşhurlaşan ispaniyalı model Karlos Martinlə “Alma məndən gözlərini” adlı mahnısını ekranlaşdıran sənətçi ikinci klipinin hansı mahnıya çəkildiyini gizli saxlayıb.
İkinci klipini türkiyəli ifaçı Selami Şahinin bəstəsinə çəkəcəyini bildirən İsmayılova klipdən görüntüləri sosial şəbəkədə paylaşıb və mahnının adını tezliklə açıqlayacağını bildirib.
Qeyd edək ki, ifaçının ilk klipi Türkiyə mətbuatında “Biskolata oğlanı ilə hovuza girdi” başlıqlı yazı ilə yayımlanmışdı.