Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Mühasibat uçotu haqqında" Qanuna dəyişiklik edildi
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mühasibat uçotu haqqında" qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq təqdim etməlidirlər.
Qanun həmçinin "e-mühasibat" informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Naxçıvan Nazirlər Kabinetinə bir milyon manat ayırdı
- Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
- Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Macarıstana səfəri barədə videoçarx paylaşıb
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
- Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib