Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb.
O cümlədən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, regional bölmələri üzrə isə 95-dən 107-yə çatdırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
- Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Macarıstana səfəri barədə videoçarx paylaşıb
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
- Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
- Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Ən çox oxunanlar