Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqov həbs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyev məlumat verib.
Məlumata görə, Yadigar Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etdiyi üçün şübhəli şəxs qismində polisdə saxlanılır.
Y.Sadıqov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.