Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradıldı
"Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.
Agentlik Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə olan tələbatın təmin edilməsini, muxtar respublika daxilində sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq edəcək, həmçinin Ali Məclis sədrinin aktlarının həmin Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn digər məsələləri həll edəcək.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Minimum aylıq əməkhaqqı və pensiyalar ARTIRILDI: Nə qədər insanı əhatə edəcək?
- "AzerGold"a yeni səlahiyyət verildi - SƏRƏNCAM
- Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
- Nazirlər Kabineti hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi haqqında qərar verib
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək