Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"
"Azərbaycan və Ermənistan sülh sazişi layihəsində 13 maddə və müqəddiməni razılaşdıra biliblər, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndləri imzalamağı təklif edir".
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "İrəvan Dialoqu" beynəlxalq forumu zamanı bildirib.
"Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, onlar cəmi iki cümlədən ibarətdir. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik", - deyə Paşinyan bildirib və əlavə edib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır.
Baş nazirin fikrincə, bu, təsdiqlənmiş sənədin əldə olmasına və ona uyğun olaraq irəliləməyə imkan verəcək.
Sülh müqaviləsinin razılaşdırılmış maddələri arasında Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı müddəa da var.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB
- Ermənistan üzərində ABŞ-Rusiya "Şahmat oyunu"
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Paşinyan Putinə İrəvanın Aİ ilə münasibətləri kontekstində son addımlarını izah edib
- Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır