Prezident İlham Əliyev “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sərəncam verib.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncamda göstərilir ki, 2014-cü il 3 fevral tarixli 896-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabineti təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.