Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeyd olunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya və bərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqın mətanətini bütün dünyaya xatırladır.
Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək bizi ruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş bir dövlət qurmuş, suverenliyini bərpa etmişdir.
Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızı çatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji, davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlı niyyətimizi bir daha bildirirəm.
Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Keniya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Keniya ilə Azərbaycan arasında son iyirmi ildə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə inkişaf edən mehriban münasibətlər mövcuddur. Qarşılıqlı faydalı tərəfdaşlığımızın yeni sahələrində, o cümlədən ticarət və investisiyalar, təhsil, informasiya-kommunikasiya texnologiyaları, iqlim fəaliyyəti, enerji və digər istiqamətlərdə böyük potensial vardır. Ümidvaram ki, bu əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Fürsətsən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Konqo Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə daha çox səy göstərməyə tam hazır olduğumu və bu işə sadiqliyimi bir daha bildirirəm.
Zati-alinizlə aramızda mövcud olan nümunəvi şəxsi dostluq münasibətlərinə əsaslanaraq, cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
- Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
- Xəzər - Azərbaycan-Türkmənistan münasibətləri timsalında sabitliyin və sülhün mühüm amilidir
- Prezident Səudiyyə Ərəbistanı ilə imzalanmış iki memorandumu TƏSDİQLƏDİ
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi