RF prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev ilə Dağlıq Qarabağda tənzimlənməni müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Günün aktual regional məsələləri üzrə, o cümlədən də Dağlıq Qarabağ məsələsinə dair fikir mübadiləsi zamanı Rusiya tərəfdən problemin sülh yolu ilə həll edilməsi üçün hərtərəfli vasitəçi olmağa hazır olduğunu təsdiq edib”, - məlumatda qeyd edilib.
Bundan başqa, dövlət liderləri Rusiya-Azərbaycan arasında əməkdaşlıqda əldə edilmiş yüksək səviyyəni qeyd edib və onun sonrakı inkişafı barədə fikir yürüdüblər.