Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin sonunadək görüşə bilərlər.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Moskvadakı səfiri Ümid Yardım deyib.
O qeyd edib ki, görüş Sankt-Peterburqda keçirilə bilər.
Kremlin mətbuat xidməti isə hələlik bu görüş barədə hər hansı məlumat yaymayıb.
A.M.