İrlandiyanın Bluefield Houseboat şirkəti su üzərində evlərin istehsalı ilə məşğuldur. Üzən evlər dünyanın istənilən guşəsinə çatdırıla bilər.
Bu barədə Oxu.Az buro247.az-a istinadla xəbər verir.
Evlərin hər biri fabrik şəraitində hazırlanır və ərazidə tikinti tullantısı və ətraf mühitə mənfi təsiri minimuma endirir. Şirkətin memarları ilkin konsultasiyadan başlayaraq, “açarla” evin təhvil verilməsinə qədər layihənin bütün aspektləri üzrə xidmətlər göstərirlər. Bu evlər fərdi olaraq hazırlanır, buna görə də müştəri özü üçün 16 kvadrat metrdən başlayaraq 185 kvadrat metrə qədər istənilən ölçüdə, bir və ya iki mərtəbəli ev sifariş edə bilər. Bütün istifadə olunan tikinti materialları keyfiyyət sertifikatlarına malikdir.
Evin hər bir modelinə bütün elektrik cihazlara avtomatik nəzarət həyata keçirən Smart sistemi quraşdırılıb. O, smartfon və ya planşetin köməyilə idarə olunur.
A.S.
www.oxu.az