Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
İclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Toplantıda fövqəladə vəziyyət rejiminin oktyabrın 19-dan etibarən 90 gün müddətinə uzadılması barədə qərar qəbul olunub.
S.B.
www.oxu.az