Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Səhiyyə Nazirliyi müəyyən edilib.
Nazirlər Kabinetinə Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan prezidentinə hesabat təqdim etmək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.