Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb
Ukrayna münaqişəsinin həll olunması təqdirində Qərb ölkələri Rusiya əleyhinə sanksiyalarını ləğv etməli olacaqlar.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bütün bunlar münaqişənin nəticəsidir. Bu münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaqdan ötrü bütün tərəflərin güzəştə getməsi lazımdır" , - deyə M.Rubio vurğulayıb.
O, əlavə edib: "Sanksiya tətbiq edən başqa tərəflər də var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masasında oturmalı olacaq, çünki onların da tətbiq etdikləri sanksiyalar var".
"Marko Rubio" teqi üzrə xəbərlər
- USAID-in bütün əməkdaşları işdən çıxarılacaq
- ABŞ rəsmilərinin internetə sızdırılan qalmaqallı yazışması ilə bağlı məhkəmə qərarı verildi
- Ağ Evin gizli yazışmasından sızma ilə bağlı Trampı qəzəbləndirən nə olub?
- Pentaqon rəhbəri və yüksəkvəzifəli şəxslər məhkəməyə verildilər: Qrup çatındakı söhbətlərinə görə
- Rusiya ABŞ-ni Yəməndə əməliyyatları dayandırmağa çağırdı