102-ci hərbi baza hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar.
Modern.az bildirir ki, bu bəyanatı iyunun 25-də Yerevanda olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ikitərəfli sənədlərin imzalanması zamanı deyib.
“Ermənistanın təhlükəsizliyini təmin edəcək kifayət qədər güc və vasitə var və bu mövzuda heç bir narahatçılıq olmamalıdır”-deyə Patruşev vurğulayıb.
“Biz 102-ci hərbi bazanı təftiş edərkən əmin olduq ki, hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar”-deyə TŞ katibi əlavə edib.
KİV-lərdə geniş yayılan Rusiyanın Azərbayvcana silah satması məsələsinə gəlincə isə Patruşev qeyd edib ki, Rusiya silah ticarəti zamanı beynəlxalq tələb və öhdəlikləri, o cümlədən Rusiya Federasiyası qanunlarına tam riayət edir. Bununla yanaşı Patruşev Rusiya ilə Ermənistan arasında mövcud olan strateji münasibətləri xatırladıb.
Bundan başqa, o, Ermənistanla mövcud strateji münasibətlər haqqında da xatırladıb.
Qeyd edək ki, Ermənistanın şimalında Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazasının yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar. Əvvəlki müqavilə 1995-ci ildə imzalanmışdı və müddəti 25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.
www.modern.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin