Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sahibə Qafarova yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədr seçilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Şəbəkəsinə sədrliyinin növbəti üç illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub.
Oxu.Az xəbər verir ki, qərar layihəsinin müzakirəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri qurumun sədr və müavinlərinin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə böyük dəstək göstəriblər.
Konfransda, həmçinin Parlament Şəbəkəsinə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub.
Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
Mərahim Nəsibov
"Qoşulmama Hərəkatı" teqi üzrə xəbərlər
- Elçin Əmirbəyov Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində görüşlər keçirib
- Qərbi Azərbaycan İcması QH Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib
- Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı memorandum imzalayıb
- Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri - AÇIQLAMA